Bakıya səfər etmiş din müəllimi haqda bilmədiklərin(m)iz

22 Sentyabr 2022 21:00 Araşdırma 594
Bakıya səfər etmiş din müəllimi haqda bilmədiklərin(m)iz

Trnavada Slovakiya və Azərbaycan milli komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyununun təyinatları açıqlanıb.

Qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Uilyam Kollama Devid Makgiçi və Frensis Konnor laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.

43 yaşlı referinin hakimliyə marağı 14 yaşında başlayıb və elə o vaxtdan həvəskar şəkildə məşğul olub. Dərslərinə də xüsusi diqqətlə yanaşıb və ali təhsilini fərqlənmə diplomu ilə bitirib.

Uilyam ilk dəfə 2006-cı ildə Şotlandiya Premyer Liqasında oyun idarə edib.

Bundan 1 il sonra isə FİFA dərəcəsinə yiyələnib.15 ildir hakimlik etməklə zəngin təcrübəyə sahib olan səbəbkar bu müddətdə 87-si klub, 46-cı milli komandalar səviyyəsində olmaqla 133 qarşılaşmada əsas hakim funksiyasını yerinə yetirib.

Kollamın əsas sənəti müəllimlikdir. O, peşə karyerasına 2000-ci ildə ilk dəfə Dini Təhsil fakültəsində baş müəllim kimi başlayıb. 2012-ci ildən isə orta məktəbdə öz ixtisası üzrə müəllimlik edir.

Şotland referinin yolu bizimkilərlə 2 dəfə kəsişib. İlk dəfə 2008-ci ildə Helsinkidə, növbəti dəfə 2021-ci ildə yenə Finlandiya təmsilçisi ilə, amma bu dəfə Bakıda.

Azərbaycan yığması Berti Foqtsun rəhbərliyi altında DÇ-2010-nun seçmə mərhələ oyunlarını keçirəndə, Uilyamın yolu seçməmizlə kəsişib.

2008-ci ilin oktyabrın 11-də Finlandiyada bu ölkənin yığması ilə bizimkilərin oyununda məhz bu referi meydanda yaşananlara nəzarət edib.

Komandamızın 0:1 uduzduğu matçda qapını Kamran Ağayev qoruyub. Həmin Ağayev ki, hazırda millidə qapıçılarla işləyən məşqçi kimi çalışır.

Kollumun ötən ilin yayında Bakıya səfər etməsi də maraqlı məqamdır.

Avqustun 3-də “Neftçi” Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə Bakıda oynayanda şotland fit sahibi komandaları meydana çıxarıb. Kifayət qədər gərgin keçən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Sentyabrın 22-də Millətlər Liqası çərçivəsində baş tutacaq Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti