“Qarabağ” Bakıda “Kayrat”ı udmaq istəyirsə... Bu iki məqama DİQQƏT!

18 Oktyabr 2021 16:20 Araşdırma 1 208
“Qarabağ” Bakıda “Kayrat”ı udmaq istəyirsə... Bu iki məqama DİQQƏT!

Avropa Konfrans Liqasının qrup mərhələsindəki təmsilçimiz “Qarabağ” cümə axşamı Bakıda “Kayrat”ı qəbul edəcək.

Ağdamlıların qələbə qazanacağına inamımız hər nə qədər böyük olsa da, Qazaxıstan təmsilçisini kiçiltmək doğru olmaz.

Bir komanda qrup mərhələsinə yüksəlibsə, deməli, bacardığı nəsə var.

Lakin ölkəsinin “xalq komandası” ilə maraqlı bir fakt var ki, bu, “köhlən atlar”ı həvəsləndirməli, başqa cür desək, qələbə istəyini artırmalıdır.

“Kayrat” avrokuboklarda səfər komandası deyil!

Almatılılar bu yay Avropa səyahətinə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayıb.

İlk rəqib “Makkabi” olub və Hayfada bu komandalar arasında baş tutan oyun 1:1 hesabı ilə nəticələnib. Almatıda 2:0 hesablı qələbə “Qarabağ”ın rəqibini növbəti mərhələ yüksəldib.

ÇL-in üçüncü təsnifat mərhələsindəki rəqib “Srvena Zvezda” olub. İlk matç Qazaxıstanda keçirilib. “Kayrat” Serbiyadan olan rəqibini 2:1 hesabı ilə məyus edib.

Lakin “sarı-qaralar” cavab matçında Belqradda meydana çıxmağa peşman olub. Meydan sahibləri “Kayrat”ın qapısında 5 cavabsız top keçirib.

ÇL-dən ələnən almatalılar mübarizəni Avroliqanın üçüncü təsnifat mərhələsində davam etdirib ki, burda bəxtlərinə “Alaşkert” çıxıb.

Yerevandakı oyun qolsuz bərabərliklə başa çatıb, Almatıdakı qarşılaşmanın əsas vaxtında komandalar hərəyə 2 qol vurub. Belədə, əlavə dəqiqələr oynanılıb ki, qələbə topu dığalardan gəlib – 3:2.

Konfrans Liqasının pley-offuna yuvarlanan “Qarabağ”ın rəqibi burda “Fola” səddini keçmək məcburiyyətində qalıb. Lakin Lüksemburq təmsilçisini sıradan çıxarmaq çətin olmayıb.

Səfərdən 4:1 hesablı qalibiyyətlə qayıdan qazaxlar, “evdə” 3:1 hesabı ilə qələbə qazanıb.

Qrup mərhələsində isə, “Kayrat” hələ ki, İsveçrəyə səfər edib. Ötən tur “Bazel”lə keçirilən oyunda meydan sahibləri 4:2 hesabı ilə qalib gəlmişdi.

Beləliklə, “sarı-qaralar”ın cari avrokubok mövsümünə nəzər salanda, 5 səfər matçının 2-də uduzduğunu, 2-də heç-heçə etdiyini görürük. Yalnız 1 qələbətə seviniblər, onda da rəqib “Fola” olub.

Məsələ burasındadır ki, qazaxlar səfərdə qol vurmağı bacarır. 5 görüşdə rəqib qapılarından 9 top keçirməyə müvəffəq olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!