Bu liqada futbolçunun ayağını iki yerdən sındırdılar - REGİONDAN FOTOREPORTAJ

16 Sentyabr 2023 11:40 I Divizion 1 920
Bu liqada futbolçunun ayağını iki yerdən sındırdılar - REGİONDAN FOTOREPORTAJ

I Liqada xoşagəlməz hadisə yaşanıb.

«İmişli»nin yarümmıdafiəçisi Rəhim Cəfərlinin qıçı iki yerdən sınıb.

Olay aran derbisində baş verib.

Saatlıda «Araz»ın qonağı olan qonşu rayonun təmsilçisi meydandan 3:0 hesablı qələbəylə ayrılsa da, gənc futbolçunun üzləşdiyi vəziyyət nəticəni arxa plana keçirib.

Belə ki, qarşılaşmanın əvvəlində rəqiblə toqquşma zamanı yerdə qalan imişlili gənc stadiondan birbaşa xəstəxanaya aparılıb və ayağına gips qoyulub.

O. ən azı 6 ay yaşıl sahələrdən uzaq qalacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Yanvar 18:10 Çək və bizə göndər!
12 Yanvar 07:20 Metroda yeni GEDİŞ HAQQI
12 Yanvar 03:00 Çempionlar - FOTOLAR