Antalyada 5 qol vuruldu, “Beşiktaş” uduzdu - VİDEO

6 Noyabr 2023 00:10 Türkiyə 2 115
Antalyada 5 qol vuruldu, “Beşiktaş” uduzdu - VİDEO

Türkiyə Super Liqasının XI turunda “Beşiktaş” səfərdə “Antalyaspor”un qonağı olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşmada meydan sahiblərinin qələbəsi ilə nəticələnib.

İlk hissədə yeganə qolu əlavə edilmiş ikinci dəqiqədə C.Tosun vurub.

İkinci hissə meydan sahibləri üçün uğurlu başlayıb. 46-cı dəqiqədə D.Saric, 50 və 57-ci dəqiqələrdə S.Yehezkal fərqlənib.

Qalan vaxt ərzində “Beşiktaş” bu qollardan yalnız birinin əvəzini çıxa bilib. 79-cu dəqiqədə C.Muleka hesabı 3:2 edib.

Qələbə sayəsində “Antalyaspor” 15 xalla 8-ci pilləyə yüksəlib. 19 xalı olan “Beşiktaş” beşincidir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"