"Qarabağ" kabus oldu, "Neftçi"yə "qara gün" yaşatdı - FOTOREPORTAJ

22 May 2022 09:00 Qarabağ 534
"Qarabağ" kabus oldu,  "Neftçi"yə "qara gün" yaşatdı - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, XXVIII turun sonuncu oyununda çempion "Qarabağ" gümüş mükafatçı "Neftçi"ni qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma "köhlən atlar"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 5-ci və 14-cü dəqiqələrdə Patrik Andrade, 10-cu dəqiqədə Kadi Borges fərqlənib.

57-ci dəqiqədə qonaqların qapıçısı İvan Brkiç avtoqol müəllifi olub. 71-ci dəqiqədə isə Ramon Maçado təsəlli qoluna imza atıb.

"Qarabağ" qələbə sayəsində xallarının sayını 69-a çatdırıb. "Neftçi" isə 50 xalda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!