Misli Premyer Liqasında 3-tur davam edir.
"Neftçi" bu gün "Zirə"nin qonağı olacaq.
Hazırda 6 xalla turnir cədvəlinin 1-ci və 2-ci pilləsində qərarlaşan komandaların görüşü saat 20:15-də start götürəcək.
"Ağ-qaralar" qəsəbə səfərindən böyük pulla qayıda bilər. Hər şey özlərindən asılıdır - qələbə qazansalar, rəhbərlik əsas heyət üzvlərinə 3000 manat mükafat verəcək.
Yuri Vernidubun çalışdırdığı komanda Premyer Liqanın ilk iki turu ərzində bu qədər əlavə gəlir əldə edib.
Belə ki, səfərdə "Sumqayıt"ı 3:1 udduqları üçün adambaşı 1000 manat alıblar. "Araz-Naxçıvan" üzərində 5:0-lıq qalibiyyət isə onları 2000 manat irəli salıb.
SPORTİNFO.AZ
