
"Neftçi"nin düşərgəsinə Almaniyadan yeni legioner cəlb etməsini səhər saatlarında xəbər vermişdik.
Həmin oyunçu Robert Bauerdir.
Müdafiə və yarımmüdafiədə çıxış etməyi bacaran 29 yaşlı mərkəz müdafiəçisi bir həftədən artıq komandanın Erzurumdakı düşərgəsindədir.
Onunla 1+1 illik müqavilə imzalanıb.
Karyerasına 2014-cü ildə ölkəsində - "Karlsrue"də başlayan Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" (Almaniya) ilə bağlayıb.
Burada 48 matç keçirib, daha sonra yüksək məbləğ qarşılığında "Verder"ə üz tutub, 3 il "ağ-yaşıllar"a məxsus olub.
2018-2019-cu illərdə "Nurnberq"in formasını icarə əsasında geyinib. O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib.
2019-cu ildə Rusiyanın yolunu tutub, 2 il Tula "Arsenal"ın uğurları üçün tər töküb.
Növbəti iki ili isə Belçikada, "Sint Trüden"də çıxış edib. Sonuncu klubu Səudiyyə Ərəbistanında "Əl-Tai" olub.
R.Bauer Almaniyanın U-20 və Olmpiya millilərində də çıxış edib.
SPORTİNFO.AZ