Baş məşqçi təkid etdi - AFFA bu legioneri yenidən milliyə çağırır

6 Aprel 2021 21:00 Milli komanda 2 255
Baş məşqçi təkid etdi - AFFA bu legioneri yenidən milliyə çağırır

“Sumqayıt”ın sabiq futbolçusu Əmir Ağayevin yenidən Azərbaycan millisinə çağırılması gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Canni de Byazinin daha keyfiyyətli futbolçular tələb etməsi ilə hərəkətə gələn AFFA Yunanıstanın “Atromitos” klubunun yarımmüdafiəçisini növbəti toplanışa dəvət etməyi planlaşdırır.

Ağayev ilk dəfə ötən ilin sentyabrında Millətlər Liqasının Lüksemburq və Kiprlə oyunlarına çağırılsa da, FİFA-nın müraciətə gec cavab verməsi səbəbindən heyətə cəlb olunmayıb.

“Atromitos”un əsas heyət üzvlərindən olan hücumameyilli oyunçunun performansı de Byazinin də ürəyincə olduğundan, italiyalı mütəxəssis onu sərəncamında görməkdə maraqlıdır.

Assosiasiya növbəti toplanışa qədər Ağayevin çağırılması ilə bağlı heç bir əngəlin qalmamasına çalışır.

Əmir Ağayev 2021-ci ildə Yunanıstan Super Liqasında meydana çıxdığı 12 oyunda 3 qola imza atıb (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti