İranlı vinger Premyer Liqa klubunu “Feyenoord”a dəyişdi

18 İyul 2021 12:20 İngiltərə 566
İranlı vinger Premyer Liqa klubunu “Feyenoord”a dəyişdi

Niderland “Feyenoord”u heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, sözügedən klub İngiltərə “Brayton”unun yarımmüdafiəçisi Alireza Cahanbaxşı transfer edib.

Bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı vingerlə 4+1 illik müqavilə imzalanıb. O, yeni komandasında “9” nömrəli formanı geyinəcək.

Alireza Cahanbaxş 2018-ci ildən “Brayton”da çıxış edirdi. İran yığmasının da üzvü olan futbolçu, əvvəllər Niderlandda “Neymegen” və “Alkmaar” klublarında forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"