"Qarabağ"ın legionerləri millidə bir-birinə rəqib oldu - FOTO

11 İyun 2024 08:20 Hadisə 3 613
"Qarabağ"ın legionerləri millidə bir-birinə rəqib oldu - FOTO

"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviçin formasını geyindiyi Monteneqro millisi Gürcüstanla qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Avropa çempionatının iştirakçısı olan Gürcüstan bu görüşdə 3:1 hesabı ilə qalib gəlib.

Gürcüstan millisindən qələbə

Həm Veşoviç, həm də Yankoviç matça əsas heyətdə çıxıb. Veşoviç 59-cu dəqiqədə meydanı tərk edib, Yankoviç isə sona qədər oynayıb.

Gürcüstan millisinin və "Qarabağ"ın qolkiperi Luka Quqeşaşvili sona qədər ehtiyatda oturub.

Monteneqro - Gürcüstan 1:3
Qollar:
Kiteişvili, 10 (0:1), Mikautadze, 33 (0:2), Yovetiç, 66 (1:2), Zivzivadze, 84 (1:3)

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?