"Ola bilər ki, Tokio son Olimpiadam olsun" - HACI ƏLİYEV

30 Noyabr 2019 20:00 Güləş 1 043
"Ola bilər ki, Tokio son Olimpiadam olsun" - HACI ƏLİYEV

Sərbəst güləş üzrə milli komandamızın lideri Hacı Əliyev karyerasından, kumirindən, futbolu sevməsindən danışıb. Sportinfo.az xəbər verir ki, Rusiya Güləş Federasiyasının (RGF) rəsmi saytına müsahibə verən həmyerlimiz ilk dəfədir Moskvaya gəldiyini deyib. Maraqlıdır ki, Hacıdan müsahibəni RGF-nin milliyətcə erməni olan əməkdaşı Tiqran Avanyan alıb:

"9 yaşımdan güləşdəyəm. Məni güləş aləminə atam gətirib. O, Naxçıvanda kifayət qədər yaxşı idmançı sayılırdı. Uşaqlıqdan mənə deyirdi ki, istəyirəm sən tanınmış, məşhur pəhləvan olasan. Yaxşı nəticələr əldə etməyim üçün atam hər şeyə hazır idi. Odur ki, məni Bakıya göndərdilər ki, daha ciddi, yaxşı məşq edim. Atam olmasaydı, heç vaxt güləşçi olmazdım. Futbolçu olmağı arzu edirdim. Futbol oynamağı çox sevirdim, amma güləşi seçdiyim üçün peşman deyiləm. Yeniyetmələr və gəncər arasında nəticələrim olmayıb, yalnız böyüklərə keçdikdən sonra uğurlu çıxış etməyə başladım.

- Yəqin ki, güləş üzrə Azərbaycan yığmasının ən yaxşı futbolçususuz?

- Futbolu çox sevirəm, tez-tez oynayırıq. Komandamızda yaxşı futbol oynayan uşaqlar var. Dostlarım arasında isə peşəkar futbolçular çoxdur.

- Ən sevimli güləşçiniz kimdir?

- Biz sərbəst güləşə ona görə gəlmişik ki, Namiq Abdullayev kimi Olimpiya çempionu olan həmyerlimiz var. Amma mən uşaqlıqdan Buvaysar Saytiyevin azarkeşiyəm. Buvaysar kimisi olmayıb, yoxdur və olmayacaq da.

- Rusiyada tez-tez olursuz?

- Moskvaya birinci dəfədir gəlirəm, çox xoşuma gəldi. Həm də burdakı start da tarixə düşəcək - ilk görüşdəcə Olimpiya çempionunu məğlub etdim. Tez-tez Mahaçqalada və Kislavodskda təlim-məşq toplanışlarında oluram. Moskvaya indiyədək gəlib çıxmamışdım. Bir çox böyük turnirlərdə olmuşam, təşkilatçılıqla bağlı problemlər olur. Amma Moskva Qran-Prisi Olimpiya oyunları, dünya çempionatı səviyyəsində keçirilir. Burda hər şey istədiyin kimidir, ona görə də güləşmək yaxşı alınır (gülür).

- Qarşıdakı planlarınız necədir?

- Əsas lisenziya yarışıdır. Ona görə də buna qədər əlavə turnirlərə qatılmayacam. Gücümü Olimpiadaya llisenziya qazanmağa saxlayacam. Ola bilər ki, Tokio son Olimpiadam olsun.

- Sizin çəki dərəcəsi ən çətinlərdən hesab olunur.

- Bizim çəki ən çox rəqabət olan çəki dərəcəsidir. Vladimir Xinçeqaşvilini götürək, onu yalnız 65 kq çəki dərəcəsində məğlub edə bildim. Buna qədər ona 6 görüşdə uduzsam da, son iki qarşılaşmada qalib gəldim. Bizim çəkidə olan rəqabət heç yerdə yoxdur. Hər çəkidə yaxşı güləşçilər var, amma bizdə daha çoxdur. Yaponiya, Kuba, Gürcüstan, Hindistan, Rusiyanın güclü pəhləvanları var. Saymaqla qurtarmaq olmaz. Amma 1-ci yeri yalnız bir nəfər tutur. Mən də çalışacam ki, Olimpiya oyunlarında 1-ci olum.

- Və sonda Azərbaycana gələnlərə nə məsləhət görərdiz? Hara getsinlər, vaxtlarını necə keçirsinlər, nə yesinlər?

- Bakıya gəlsəz, məni "İnstagram"da tapın və hər şey yaxşı olacaq (gülür)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"