“Neftçi”dən İNANILMAZ... Sadıq Sadıqov sözünü dedi

13 Yanvar 23:00 Digər növlər 1 087
“Neftçi”dən İNANILMAZ... Sadıq Sadıqov sözünü dedi

"Neftçi İdman Klubu”nda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan toplantıda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov çıxış edib və tədbir iştirakçılarını Dünya azərbaycanlılarının həmrəyliyi günü və təqvim ilinin gəlişi münasibətilə təbriklərini çatdırıb.

Ardınca klubun baş meneceri Elmar Babanlı çıxış edərək, qurumun il ərzindəki fəaliyyəti və qazandığı uğurlar haqda ümumi məlumat verib.

Daha sonra klubun idman qurğularının rəhbərləri, müxtəlif idman növləri üzrə baş məçqçilər və idarəetmə aparatının məsul şəxsləri çıxış ediblər.

Məlumat verilib ki, yola salmaqda olduğumuz il ərzində “Neftçi İdman Klubu”nu təmsilçiləri böyük əzmkarlıq nümayiş etdirərək, 933 medala sahib olub ki, onlardan da 335-i qızıl, 262-si gümüş, 336-sı isə bürüncdür.

Bu medallardan 46-sı (12 qızıl, 16 gümüş, 18 bürünc) dünya çempionatlarında, 93-ü (31 qızıl, 22 gümüş, 40 bürünc) Avropa çempionatlarında, 23-ü (14 qızıl, 6 gümüş, 3 bürünc) V İslam həmrəyliyi oyunlarında, 5-i (4 qızıl,1 gümüş) isə IV dünya köçəri oyunlarında qazanılıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti