“Atletiko”nun hücumçuları “Liverpul”a qarşı oynaya biləcək?

15 Fevral 2020 00:38 Çempionlar Liqası 613
“Atletiko”nun hücumçuları “Liverpul”a qarşı oynaya biləcək?

Son dövrlər aparıcı futbolçularının bir neçəsinin xidmətindən məhrum olan Madrid “Atletiko”sunun zədəlilərindən xəbər var.

Sportinfo.az xəbər veri ki, paytaxt klubunun hücumçularından Alvaro Morata artıq sağalıb.

O, nəinki UEFA Çempionlar Liqasının 1/8 finalında “Liverpul”a, həm də “Valensiya”ya qarşı La Liqa matçında iştirak edə bilər. Morata sonuncu dəfə “Real”la Madrid derbisində iştirak etmişdi və həmin oyunda zədələnəndən sonra müalicə olunurdu.

Komandanın digər hücumçusu Dieqo Kosta isə hələ də sağalmayıb. Onun “Liverpul”la oyuna qədər sıraya dönməsi sual altındadı.

Madridlilərin heyətində Santyaqo Arias, Kiran Trippyer, Joao Feliks, Xose Ximenes, Hektor Herrera da zədədən əziyyət çəkir.

Digər Xəbərlər
Xəbər Lenti