"Lüksemburqdakı hadisənin Bakıda olması mümkün deyil" - ƏMRAH ÇƏLİKƏL

23 Oktyabr 2019 15:15 Avropa Liqası 460
"Lüksemburqdakı hadisənin Bakıda olması mümkün deyil" - ƏMRAH ÇƏLİKƏL

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Avropa Liqasının qrup mərhələsinin III turunun APOEL-lə oyunu öncəsi Sportinfo.az-a müsahibə verib.

- APOEL-lə oyun üçün satışa çıxarılmış biletlər tükənmək üzrədir. Matça bu qədər maraq olacağını gözləyirdiz?

- Açığı, "Düdelanj" üzərində səfər qələbəsindən sonra bu oyuna marağın böyük olması normaldır. Sabahkı qarşılaşmadan çox şey asılıdır. Əlbəttə, hər oyun vacibdir. Amma APOEL-lə görüşə marağın böyük olacağını bilirdik.

- Hələ bir neçə gün öncə APOEL-lə oyunda mərkəzi arenanın oturacaqlarına 30 min Azərbaycan bayrağı düzüləcəyi bəlli idi. Bu məsələ nə yerdədi? Yəqin ki, bayraqlar artıq Bakıya gətirilib...

- Bəli, bayraqlar gətirilib, hazırda Bakıdadır. Sabah səhərdən etibarən onları stadionda yerləşdirəcəyik.

- Ümumiyyətlə, 30 min bayraq ideyası necə yarandı, nə ilə bağlıdır?

- Burada əsas səbəb "Düdelanj"la oyunda baş vermiş erməni təxribatı idi. Meydanda onlara layiqli cavab verdik. Sabahkı matçda da birlik və bərabərliyimizi göstərmək istəyirik. Bu məqsədlə 30 min bayraq sifariş etdik.

- APOEL-i Bakıda təqribən yüzə yaxın azarkeş dəstəkləyəcək. Kipr mətbuatında çıxan xəbərlərə görə, UEFA bu oyunu yüksək riskli qarşılaşma hesab edir. Hətta Kipr klubunun özü ilə təhlükəsizlik xidmətinin bir neçə əməkdaşını da Bakıya gətirəcəyi iddia olunur. Bu mənada, oyunla bağlı nə kimi təhlükəsizlik tədbirləri görülüb?

- Bu, APOEL-in öz işidir. Biz onların buradakı təhlükəsizliyinə cavabdehik. Şükürlər olsun ki, Avropa miqyaslı yarışlarımızda təhlükəsizlik həmişə üst səviyyədə olub. İnanmırıq ki, sabah stadionda hansısa təxribat olsun. Belə bir şey gözləmirik. Çünki indiyə kimi Azərbaycanda bu cür hal baş verməyib. Lüksemburqdakı hadisənin Bakıda olması mümkün deyil. Biz sadəcə, birlik və bərabərliyimizi, Qarabağın Azərbaycana aid olmasını nümayiş etdirəcəyik. Biz bütün bunları həm oyunumuz, həm də stadiona gələn azarkeşlərimizlə birlikdə edəcəyik. Risk məsələsinə gəldikdə, bəli, UEFA bu oyunu yüksək səviyyəli təhlükəsizlik tədbirlərinin alınması vacib olan matçlar kateqoriyasına salıb. Bununla bağlı iclaslarda nümayəndələrimiz iştirak edir və lazımi tapşırıqları alırlar. Bizim əsas məqsədimiz birliyimizi göstərməkdir. Meydanda isə istəyimiz nəticəni əldə etməyə çalışacağıq.

- Özünüz də qeyd etdiz ki, qrupdan çıxmaq baxımından vacib oyundur. Şansları necə qiymətləndirirsiz?

- Onu bilirəm ki, klubda olan hər kəs, o cümlədən də futbolçularımız meydanda əlindən gələni edəcək, yaxşı nəticə qazanmaq üçün sona qədər vuruşacaqlar. Qismətimizdə varsa, qalib gələcəyik.

- APOEL avqust ayında Bakıda Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ı məğlub edərək, təmsilçimizin pley-off-a yolunu kəsmişdi. Sabahkı matça hardasa revanş kimi baxırsız?

- Xeyr, çünki bu. bizi "yandıra" bilər. Belə bir niyyətimiz yoxdur. Meydana çıxıb oyunumuzu oynayacaq, bizə lazım olan qələbəni qazanmaq istəyirik.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 21:00 Azərbaycana vaxt verdi