Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, cavab matçlarının hamısı eyni gündə keçiriləcək.
"Fənərbaxça" ilk oyunda uduzduğu "Nottinqem Forest"in qonağı olacaq. "Ştutqart" isə ötən həftə qalib gəldiyi "Seltik"lə evdə oynayacaq.
İlk və cavab oyunlarının cəmində üstün olan komandalar 1/8 finala yüksələcəklər.
Daha əvvəl "Portu" (Portuqaliya), "Midtyulland" (Danimarka), "Braqa" (Portuqaliya), "Betis" (İspaniya), "Frayburq" (Almaniya), "Lion" (Fransa), "Roma" (İtaliya) və "Aston Villa" (İngiltərə) Liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıblar.
21:45. "Ferentsvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan)
İlk oyun – 1:2
21:45. "Viktoriya" (Çexiya) – "Panatinaikos" (Yunanıstan)
İlk oyun – 2:2
21:45. "Ştutqart" (Almaniya) – "Seltik" (Şotlandiya)
İlk oyun – 4:1
21:45. "Srvena Zvezda" (Serbiya) – "Lill" (Fransa)
İlk oyun – 1:0
00:00. "Genk" (Belçika) – "Dinamo" (Xorvatiya)
İlk oyun – 3:1
00:00. "Selta" (İspaniya) – PAOK (Yunanıstan)
İlk oyun – 2:1
00:00. "Nottinqem Forest" (İngiltərə) – "Fənərbaxça" (Türkiyə)
İlk oyun – 3:0
00:00. "Bolonya" (İtaliya) – "Brann" (Norveç)
İlk oyun – 1:0

