İndi Azərbaycanda heç kimə lazım olmayan sabiq "Everton"lu - VİDEO

24 Yanvar 2023 23:20 Araşdırma 1 209
İndi Azərbaycanda heç kimə lazım olmayan sabiq "Everton"lu - VİDEO

Araz Abdullayev Azərbaycan futboluna gəlmiş-getmiş ən istedadlı futbolçulardan biri olub.

Əbəs deyil ki, birvaxtlar İngiltərə Premyer Liqasının təmsilçisi "Everton" ona "elçi düşmüşdü".

Yetirməsi olduğu "Neftçi"də 168 oyun forma şansı qazanıb. Ölkəmizdə "Qarabağ" və "Qəbələ" kimi iddialı klublarda forma geyinib.

Türkiyədə, Kiprdə, Yunanıstanda legioner həyatı yaşayıb.

Milli komandadamızda 44 rəsmi oyunda meydana çıxıb. Yaxın keçmişdə onu heyətinə qatmaq istəyən klublar sıraya düzülərdi.

Amma ötən ilin sonlarında "Sumqayıt"dan ayrılan yarımmüdafiəçi bu gün heç kimə lazım deyil.

Yaşı da elə çox deyil.

31 yaşı hələ 3 aydan sonra tamam olacaq. Çarəsiz duruma düşən yarımmüdafiəçi, deyəsən, hələ də gələcəklə bağlı tam ümidsiz deyil.

Hər halda, tək-tənha özünü idman zallarından birinə verib, fərdi qaydada aktiv məşqlərini davam etdirməsi belə deməyə əsas verir.

O, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti