Hazırda Laçın şəhərində nə qədər erməni yaşayır?

2 İyul 2022 15:50 Araşdırma 951
Hazırda Laçın şəhərində nə qədər erməni yaşayır?

Hazırda Laçın şəhərində 180-ə yaxın erməni yaşayır. Burada demək olar ki, cəmi 30-a yaxın ailə qalıb.

Bunu Laçında yaşayan ermənilərin "icma rəhbəri" Narek Aleksanyan deyib.

"İcma rəhbəri" etiraf edib ki, 2020-ci ilin dekabrından sonra onlarla ailə Laçını tərk edərək Gorusa, Qafana və Xankəndiyə gedib.

O bildirib ki, Laçın şəhərinin və ətraf ərazilərin Azərbaycana qaytarılmasından sonra yerdə qalan əhali də Ermənistana köçməyə hazırlaşır:

“Ermənistan hökuməti bizi evlə təmin edəcəkmi, bilmirəm. Amma bizdən əvvəlkilər evlə təmin olunmadı. Hələ ki, sakit şəkildə gözləyirik. 10-a yaxın ailə artıq köçmək haqqında düşünüblər. Digərləri isə son anda qərar verməyi planlaşdırır”.

Alternativ yol təhvil verilən kimi Laçın şəhəri Azərbaycanın nəzarətinə keçəcək.

Digər Xəbərlər
Xəbər Lenti