Futbolçunun xanımı baş məşqçiyə hirsləndi: "Kimsə məni..." - FOTO

1 Dekabr 2020 20:40 Problem 817
Futbolçunun xanımı baş məşqçiyə hirsləndi: "Kimsə məni..." - FOTO

Sportinfo.az xəbər verir ki, "Fənərbağça"nın İstanbul derbisində "Beşiktaş"a məğlubiyyəti (3:4) müzakirələrə səbəb olub.

Hakimlikdəki səhvlər qabardılır, Erol Bulutun "11-lik" seçimi ilə əvəzetmələrdəki səhvləri ön plana çəkilir.

Bir sözlə, 15 illik Kadıköy sindromunun qırılması ciddi səs-küy doğurub.

Baş məşqçinin qərarları ilə razılaşmayanlar arasında xanım da var. İlk hissədə qol vuran Papiss Sissenin fasilədən sonra meydandan alınması həyat yoldaşının xoşuna gəlməyib. Belədə Diallo Sisse flaş bir paylaşımla diqqətləri üzərinə çəkib.

Xanım Diallo "instagram" hesabında bu sözləri yazıb: "İlk hissədə qol vurdu, 45-ci dəqiqədə əvəzləndi. Mən bunu başa düşmədim. Kimsə mənə başa sala bilər?".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da