"Mükafat yoxdur, vermirik" – Çempion komandada gərginlik

17:00 Problem 177
"Mükafat yoxdur, vermirik" – Çempion komandada gərginlik

İkinci Liqanın son çempionu "Xankəndi"nin düşərgəsindən xoş xəbərlər gəlmir.

Adətən çempion komandada üzlər gülər.

Amma burada liqanın qalibi olan futbolçuların üzündə hələ də sevinc yoxdur.

Əsas səbəb isə verilən vədlərə əməl olunmamasıdır.

Qarabağ təmsilçisinin çempion olmasından nə az, nə çox 3 aya yaxın vaxt ötür.

3 futbolçu xaric hər kəs düşərgədən ayrılıb.

Uğurun mükafatı isə hələ də verilməyib.

Bundan ağır olanı isə futbolçulara verilən kobud cavabdır.

Rəhbərlik kiçik maaşlar qarşılığında aşağı liqada top qovanlara açıq-aşkar "mükafat yoxdur, vermirik" deyir.

Düzdü, qələbələrə görə verilən mükafatların hüquqi əsası yoxdur.

Futbolçulan buna görə harasa müraciət edə bilmir.

Ancaq bu o demək deyil ki, klub rəhbəri mövsümün gedişində ağzına gələni danışa bilər.

Bəs işin mənəvi tərəfi harda qaldı?

Dünən çempion heyəti, bu gün gələcək üçün qurulan kollektivi yalan vədlərlə aldatmaq olar.

Bir şeyi unutmayın ki, futbolda bu cür dəsti-xəttlə uzun müddət qalmaq mümkün deyil.

Gec ya tez hər şey çılpaqlığı ilə ortalığa çıxacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti