"Ermənilər Laçını yandırmağa hazırlaşır"

8 Avqust 2022 13:30 Problem 738
"Ermənilər Laçını yandırmağa hazırlaşır"

"Hazırkı məlumata görə işğal zamanı Laçın şəhərində qanunsuz olaraq məskunlaşdırılan erməni əhali şəhəri tərk etməyib".

Bu sözləri Laçın şəhərindəki erməni icmasının rəhbəri Narek Aleksanyan deyib.

O bildirib ki, xaçkarlar, qəbirlər köçürüləcək, sakinlər isə Ermənistana və yaxud Xankəndiyə getməyə özləri qərar verəcəklər.

Aleksanyan sakinlərin köçmədən öncə evləri yandıracaqları barədə yayılan məlumatdan da danışıb:

“Mən bilmirəm bu necə olacaq, ancaq evlərin yandırılmasının normal olduğunu düşünmürəm. Sakinlərlə bu barədə müzakirə oldu, amma bu, emosiyaya bağlıdır, ona görə də onların belə addım atıb-atmayacağını bilmərəm”, - deyən Aleksanyan dolayısı ilə sakinlərin evləri yandıracağını təsdiqləmiş olub.

İşğal zamanı qanunsuz olaraq Laçında çox az sayda sakin məskunlaşdırılıb. Hazırda Laçın dəhlizinə alternativ yolun təhvil verilməsi ilə Laşın şəhərində müvəqqəti yaşayan ermənilər 25 avqusta qədər şəhəri tərk etməlidir.

Eyni hal Kəlbəcərdə də təkrarlanmışdı. O evlərin heç birini ermənilər tikməyib, onlar yalnız laçın işğal olunduqdan sonra azərbaycanlıların evlərinə yerləşiblər. İndi çıxarkən o evləri yandırmaq erməni əxlaqsızlığından başqa bir şey deyir.

Digər Xəbərlər
Xəbər Lenti