Azərbaycan Premyer Liqası üçün 3 yeni variant

1 Aprel 2020 00:42 Premyerliqa 1 584
Azərbaycan Premyer Liqası üçün  3 yeni variant

Sportinfo.az xəbər verir ki, UEFA koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan çempionatların bərpası yollarını axtarır.

İspaniyanın “As” nəşrinin məlumatına görə, qitə futbol qurumu bərpa tarixi kimi üç mümkün variant üzərində dayanıb.

Ölkə çempionatları may, iyun və ya sentyabrda davam etdirilə bilər. Koronavirusun Avropada hələ də yayılmaqda olması üzündən may variantı ən az inandırıcı görünəndir.

Mövsümün sentyabrda davam etdirilməsi isə növbəti futbol ilinin yenidən qurulması deməkdir. Bu variant daxil yarışlarda iştirakçıların və oyunların sayının azalması, avrokubok formatının dəyişməsi ilə nəticələnəcək.

UEFA-nın daha çox istədiyi isə iyunla bağlı variantın baş tutmasıdır. Qurum hətta oyunların boş tribunlar önündə də olsa iyunda bərpa olunmasını istəyir.

Bu gün UEFA yeni təqvimin müzakirəsi ilə bağlı milli assosiasiyalarla videokonfrans keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?