"Neftçi"nin sabiq xorvatiyalısı Azərbaycana qayıdır

20 Noyabr 2019 22:44 Premyerliqa 1 391
"Neftçi"nin sabiq xorvatiyalısı Azərbaycana qayıdır

“Neftçi”nin sabiq futbolçusu Matteo Mujek karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az-a daxil olan məlumata görə, xorvatiyalı futbolçuya Azərbaycandan təkliflər var. Son dəfə “Şerif”də çıxış etmiş sol cinah müdafiəçisi “Zirə” ilə yanaşı daha bir neçə klubumuza təklif edilib.

2017/2018 mövsümündə “Neftçi”də oynamış Mujek sonradan ölkəmizi tərk edərək “Şaxtyor”(Karaqanda), “Sent-Mirren” klublarında oynayıb. 24 yaşlı futbolçu yanvardan sonra klublarımızdan birində çıxış edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da