Rəfiyev də Paris-2024-də iştirak edəcək

13 İyul 2024 03:00 Paris-2024 1 061
Rəfiyev də Paris-2024-də iştirak edəcək

Azərbaycanın daha bir atleti Paris Yay Paralimpiya Oyunlarında iştirak edəcək.

Sportinfo.az Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətinə istinadən xəbər verir ki, paraatlet Rüfət Rəfiyev Paris-2024-də mübarizə aparacaq.

Yüksək idman nəticələri nəzərə alınaraq Dünya Atletika Federasiyası tərəfindən ona lisenziya verilib.

Bu, idmançının iştirak edəcəyi ikinci Paralimpiya Oyunları olacaq. R.Rəfiyev Rio-2016 Paralimpiadasında debüt edib.

Paris Yay Paralimpiya Oyunları avqustun 28-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti