“Neftçi”dəkilər, heç biriniz onlardan artıq deyilsiniz! - VİDEO

21 Fevral 20:40 Neftçi 952
“Neftçi”dəkilər, heç biriniz onlardan artıq deyilsiniz! - VİDEO

“Neftçi” Premyer Liqadakı son iki məğlubiyyəti “Zirə” üzərində qazandığı 1:0-lıq qələbə ilə unutdurmağa çalışdı.

Bacardı, yoxsa yox, başqa söhbətin mövzusudur.

Oyun başa çatandan sonra “ağ-qaralar”ın məşqçi və futbolçu heyətinin azarkeşlərə münasibətdə necə davranacağı maraqlı idi.

Yəni tribunanın önünə gedib soyuq havada “Neftçi”ni dəstəkləyən 100-150 nəfərə təşəkkür edib qələbəni onlarla qeyd edəcəklər, ya yox.

Sözsüz, gedənlər oldu. Amma heç də komanda üzvlərinin hamısı yox, ən yaxşı halda 3-də 1-i, hardasa 9 nəfər.

Hakim final fitini səslənən kimi paltardəyişmə otağının yolunu tutanların bir neçəsi kapitan Emin Mahmudovun çağırışına məhəl qoysa da, digərləri ya eşitmədi, ya da eşitməzlik etdi.

Emin Mahmudov, Qara Qarayev, Azər Salahlı, Rəhman Hacıyev, Rza Cəfərov, Filip Ozobiç, Yeqor Boqomolski, Alfa Konte, Ervin Koffi və baş məşqçi Miodraq Bojoviç...

Göründüyü kimi, siyahıdakıların böyük əskəriyyəti azərbaycanlılardır. Filipi millimizin üzvü saysaq, legionerlərin sayı cəmi 3 nəfər idi.

Oyun qurtaran kimi sevgilisinin yanına, isti otağa, tualetə tələsən digərləri tribunada dayanan azarkeşlərdən və onların qarşısına gedən futbolçulardan artıq olmadıqlarını bilməlidir.

Bilmirlərsə, biri çıxıb başa salmalıdır. Başa salmağı da bacarmırlarsa, bu videonu, bu yazını göstərsinlər ki, bəlkə abırlarına qısılıb anlayarlar.

Ümumiyyətlə, “Neftçi”də futbolçularla azarkeşlər arasında körpü rolunu oynayacaq adamların və futbolçuların azlığı, ya da yoxluğu kifayət qədər düşündürən mövzudur.

Bu məsələyə xüsusi diqqət yetirmək mütləqdir. Təbii ki, klub olaraq böyümək fikirləri varsa.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"