“Neftçi”nin futbolçusunun yoxa çıxmasının səbəbi bilindi

11 Aprel 17:20 Neftçi 4 233
“Neftçi”nin futbolçusunun yoxa çıxmasının səbəbi bilindi

“Neftçi”nin qapıçısı Aqil Məmmədov son oyunlarda gözə dəymir.

Daim adı iştirak ərizəsində olan, oyunlar zamanı texniki zonada fəallığı ilə diqqət çəkən təcrübəli qapıçı qeybə çəkilib.

Sonuncu dəfə martın 3-də “Qarabağ”la oyunda adı “23-lüy”ə salınan Məmmədov o gündən bu yana 4 çempionat, 1 kubok görüşündə kənarda qalıb.

Maraqlıdır ki, Aqilin adı klubun hər həftə təqdim etdiyi zədəli futbolçuların da sırasında yoxdur.

“30 nömrə” haradadır? Adı oyun protokoluna salınmırsa, zədəli də deyilsə, niyə yoxa çıxıb? Olmaya karyerasını mövsüm başa çatmadan başa vurmağı qərara alıb?

Klubun mətbuat xidmətinə göndərdiyimiz sorğuda təcrübəli qolkiperin son 1 ayda dizindəki zədə səbəbindən kənarda qaldığı və bu gündən etibarən məşqlərə başladığı bildirilib.

Aqil Məmmədov cari mövsümdə “ağ-qaralar”ın heyətində yalınız 1 oyunda meydana çıxıb ki, ötən ilin noyabrın 11-də “Neftçi” “Sumqayıt”a məğlub olub – 1:2.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti