
"Çoxları mənim bu klubla müqavilə bağlamağımı maddi səbəblərlə əlaqələndirir, amma belə deyil”.
Sportinfo.az xəbər verir ki, bu iddia ilə “Neftçi”nin yeni transferi Romen Bask çıxış edib.
“Ağ-qaralar”la 2 illik müqavilə imzalayan fransalı yarımmüdafiəçi “Havr”dan bura pula görə gəlmədiyini bildirib:
“Pulu düşünsəydim, başqa seçim edərdim. Əlbəttə, "Havr"dakından daha yaxşı qazanıram. Amma astronomik məbləğ deyil.
Müqavilə Fransadakı kimi deyil. Burada liqanı çempion kimi başa vurub-vurmamağımızdan, kuboku qazanıb-qazanmamağımızdan asılı olaraq bonuslar verilir.
Müvəqqəti avtomobil veriblər. Məsələn, Fransada belə şey yox idi".