Elxan Məmmədovdan GÖZLƏNİLMƏZ QƏRAR – Zəng vurub dedi ki…

28 Noyabr 2020 11:40 Milli komanda 2 182
Elxan Məmmədovdan GÖZLƏNİLMƏZ QƏRAR – Zəng vurub dedi ki…

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov millinin son turnesində iştirak edib.

13 ildir federasiyasının idarəçiliyini öz əlində saxlayan bu zat ilk dəfədir ki, xarici səfərdə yığmanı müşayət etməyib.

Adətən, statusundan asılı olmayaraq, komandanın yanında yer alan Məmmədovun indiki halda ölkənin hüdudlarından kənara çıxmaması təəccüblə qarşılanmaya bilməz.

Əlbəttə, burada bir səbəb, bir «əmma» olmaya bilər. Mütləq bir səbəbi, bir «əmma»sı var. O, koronavirusa yoluxmasından ehtiyat edib. Xəstəliyin tüğyan etməsindən narahat olan qurum rəhbəri Bakıda oqalmağa üstünlük verib.

Məmmədov bu müddətdə millinin məşqçiləri, səfərə yolladığı AFFA rəsmiləri ilə davamlı olaraq əlaqə saxlayıb, oradakı vəziyyəti öyrənib.

İcraçı vitse-prezident UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçirilən Lüksemburqla matçdan (0:0) sonra kapitan Qara Qarayevə telefon açıb.

Yığmanın yeni lideri federasiya rəhbəri ilə söhbəti barədə komanda yoldaşlarını məlumatlandırıb. Belə məlum olub ki, E.Məmmədov Sloveniya ilə yoxlama, Monteneqro və Lüksemburqla rəsmi matçların nəticəsindən razı qalıb.

Onu ən çox məmnun edən isə hər üç qarşılaşmada qolsuz bərabərliyə nail olan millinin göstərdiyi əzmkarlıqdır. AFFA-nın bir nömrəli adamı buna görə yüksək mükafat təyin edəcəyini vəd verməyi də yadından çıxarmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti