Günəş millimizin hücumçusunu nəzarətə götürdü

14 Sentyabr 2020 20:00 Milli komanda 1 370
Günəş millimizin hücumçusunu nəzarətə götürdü

Bugünlərdə xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Mustafa Yıldırım karyerasını Fransada davam etdirə bilər.

“Lill” 18 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Bir müddət əvvəl Burak Yılmazla anlaşan Liqa1 təmsilçisi Türkiyədə çıxış edən 4 oyunçunu izləyir ki, onlardan biri də məhz Yıldırımdır.

Fransızların idman diroktoru Luis Kampos "Alanyaspor"un oyunçusu ilə yanaşı, "Altınordu"dan Berke Kılıç, "Ərzurumspor"dan Eyüp Oskan və "Fənərbaxça"dan Arda Okan Kurtulanı diqqət mərkəzində saxlayır.

Mustafa Yıldırım U-21-lər arasında AVRO-2021-in seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Sumqayıtda keçirilən Azərbaycan - Fransa matçının ikinci hissəsində iştirak edib.

Fransanın məşhur klubunun onunla yaxından maraqlanması Şenol Günəşin də diqqətindən yayınmayıb. Türkiyə yığmasının baş məşqçisi yerli federasiyaya müraciət edərək, Yıldırımın məsələsini nəzarətdə saxlamalarını istəyib.

Təcrübəli çalışdırıcı "Alanyaspor"un əvəzedici komandasında fıorma geyinən forvardı bir müddət sonra milliyə cəlb etmək niyyətində olduğunu bildirib.

Bu da "Lill"in işinə dahai çox yarayır. Liqa-1 təmsilçisi, onsuz da, Yıldırımı tez-tələsik trnsfer eləmək fikrində deyil. O, fransızların gələn mövsümlə bağlı planlarına daxildir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti