“Fənərbaxça”nı Azərbaycan yığmasına dəyişmədi

27 Fevral 2020 18:10 Milli komanda 1 722
“Fənərbaxça”nı Azərbaycan yığmasına dəyişmədi

“Fənərbaxça”nın baş məşqçisi Ersun Yanal klubdakı gələcəyi ilə bağlı qərarını verib.

Sportinfo.az xəbər verir ki, təcrübəli çalışdırıcı İstanbul təmsilçisindən ayrılmaq istəmir.

Türkiyə Super Liqasının sonuncu turunda 20 ildən sonra evdə “Qalatasatay”a uduzan (1:3) “Fənərbaxça”da baş məşqçi Yanalın vəizfəsindən istefa verməsi gözlənilirdi.

Türkiyə mətbuatına görə, onun yerinə klub rəhbərliyi Abdullah Avcını gətirməyi düşünürdü.

Bu söz-söhbətlər Ersun Yanalın yenidən Azərbaycan millisinə baş məşqçi keçəcəyi iddiasını gündəmə gətirmişdi. Hətta qardaş ölkənin mətbuatında Yanalın ayrılmasının AFFA üçün fürsət olduğu yazılırdı.

Ancaq 56 yaşlı mütəxəssis “Fənərbaxça”dan ayrılmaq niyyətinin olmadığı bildirib. O, hələ komandanın çempionluq şansının olduğunu və mübarizəyə sona qədər davam edəcəklərini açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da