Azərbaycan yığması 2022-nin “qapı”sını 2 dəfə bərk çırpdı

24 Noyabr 2022 00:40 Milli komanda 549
Azərbaycan yığması 2022-nin “qapı”sını 2 dəfə bərk çırpdı

Azərbaycan millisi FİFA reytinqində irəliləyəcək.

Sportinfo.az xəbər verir ki, yığmamızın gələn ay açıqlanacaq cədvəldəki mövqeyi artıq bəllidir.

Canni de Byazinin yetirmələri 1151,81 xalla dünyanın 121-cisi olacaq. Millimiz ötən cədvəllə müqayisədə 2 addım irəliləyəcək.

Buna hesabat dövründə 5,09 xal qazanılması səbəb olub. Yığmamız keçirdiyi hər iki görüşdə qazanmaqla əmsalını artırıb. De Byazili milli Moldovada 2:1, Şimali Makedoniyada 3:1 hesablı qələbə əldə edib.

Yığmamız iki ölkəni arxada qoyub. Bunlar Niger və Farer adalarıdır.

FİFA reytinqi Qətərdəki DÇ-2022-dən sonra dekabrın 22-də açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti