Premyer Liqadan daha bir “elçi” düşdü - Real”ın yarımmüdafiəçisi nə

30 İyun 2022 10:00 İspaniya 436
Premyer Liqadan daha bir “elçi” düşdü - Real”ın yarımmüdafiəçisi nə

“Real”ın yarımmüdafiəçisi Marko Asensionun bu yay klubunu dəyişmək ehtimalı yüksəkdir.

Sportinfo.az xəbər verir ki, əvvəllər “Mançester Yunayted”, “Liverpul” və “Milan” 26 yaşlı ispaniyalını heyətinə qatmaq iddiasında idilər,

indi isə “Çelsi” də onun uğrunda mübarizəyə qoşulub.

“Real” Asensionu transferə çıxararaq, onun üçün ən azı 40 milyon avro almaq istəyir. Futbolçu özü də ona lazım olan maaşı ödəyə biləcək və əsas heyətdə yer almasına zəmanət verən kluba keçməyə hazırdır.

Asensio 2015-ci ildə “Malyorka”dan “Real”a keçib. Ötən mövsüm ispaniyalı futbolçu “Real”ın heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. O

nun klubla müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!