COP29

Tərlan Əhmədov bu dəfə azərbaycanlı menecerləri “topa tutdu”

27 May 21:20 Hadisə 2 479
Tərlan Əhmədov bu dəfə azərbaycanlı menecerləri “topa tutdu”

Bir ildir işsiz olan Tərlan Əhmədov ATV telekanalında qonaq olub.

Təcrübəli çalışdırıcı Elcan Rəsulovun aparıcılıq etdiyi “Elcanlı” proqramında futbolla bağlı sualları cavablandırıb.

Əhmədov aparıcının “Azərbaycan futbolu Portuqaliya futbolundan neçə il arxadadır” sualını cavablandırarkən menecerləri günahlandırıb:

“Lüksemburq, Lixtenşteyn kimi ölkələr inkişaf etdi, biz heç onlara çata bilmirik. Portuqaliya futbolu ilə futbolumuzu müqayisə etmək çətin məsələdir. Akademiya komandalarının məşqlərinə baxanda arada yerlə göy qədər fərqin olduğunu gördüm.

15 yaşa qədər komandaların 5 yaş qrupu bir meydanda oynayır. Bizdə necədir?

U-10 Bakıda, U-11 Bərdədə, U-15 Gəncədə oynayır. Buna görə də nəzarət etmək olmur.

Orada futbolçuları yetişdirəndən sonra menecerlər, skautlar futbolçuları satmağa çalışırlar. Bizdə o menecerlər yoxdur.

Bu gün Mahir Emreli Xorvatiyada, Musa Qurbanlı İsveçdə əziyyət çəkir. Bizdən gedən futbolçular problem yaşayır. Bu da menecerlərin problemidir.

Niyə? Çünki iş ora gedib çatandan sonra futbolçunun problemləri həll olunmur. Futbolçu qalır klubun öhdəliyində.

Bu da əlavə çətinlik yaradır. Menecerlərin əlaqələrinin güclü olmaması futbolçularımız üçün əlavə problem yaradır”.

Maraq üçün bildirək ki, Tərlan Əhmədov bir müddət öncə qonaq olduğu başqa verilişin birində jurnalistləri və klub rəsmilərini qeyri-peşəkarlıqda suçlamışdı. Görünür, bu dəfə növbə azərbaycanlı agentlərə çatıb.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"