Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər - Bu gün bəlli olacaq

19 Aprel 2021 13:20 Gündəm 874
Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər - Bu gün bəlli olacaq

Bu gün Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin siyahısını yekun olaraq təsdiqləyəcək.

Sportinfo.az xəbər verir ki, oyunların Dublin və Münhendə keçirilməsi şübhə altındadır.

Avropa çempionatının oyunlarının 11 iyun - 11 iyul tarixlərində Avropanın 12 şəhərində - Sankt-Peterburq, Amsterdam, Bakı, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münhen və Romada keçirililməsi planlaşdırılır.

İcraiyyə Komitəsi iclasının gündəliyinə həmçinin, 2024-cü ildən sonrakı UEFA klub yarışlarının formatı, yeni qaydaları və 2021-ci ildən 2025-ci ilədək Qadınlar Çempionlar Liqasında maliyyənin paylanması sxeminin müzakirəsi də daxildir.

Digər Xəbərlər
Xəbər Lenti