Azərbaycan klubunda baş məşqçi istefası - SON DƏQİQƏ

6 Aprel 2024 14:20 Araz-Naxçıvan 2 542
Azərbaycan klubunda baş məşqçi istefası - SON DƏQİQƏ

Azərbaycan Premyer Liqasında baş məşqçi ayrılığı baş tutub.

Belə ki, Azər Bağırov “Araz Naxçıvan”dan getməyə qərar verib.

Premyer Liqanın 29-cu turunda “Kəpəz”ə məğlubiyyətdən (1:2) sonra gənc mütəxəssis getmək istəyini rəhbərliyə bildirib.

Onun müraciəti müsbət qəbul olunub.

39 yaşlı mütəxəssis 2022-ci ilin 1 iyununda “Araz-Naxçıvan”ın "sükanı arxası"na keçmişdi. Onun klubla müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatacaqdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq