Daha 2 tanınmış futbolçu heyətdən kənarlaşdırıldı – “Fənərbaxça”da

5 Avqust 2021 01:52 Türkiyə 1 206
Daha 2 tanınmış futbolçu heyətdən kənarlaşdırıldı – “Fənərbaxça”da

“Fənərbaxça”da 2 futbolçu heyətdən kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Fənərbaxça”da baş məşqçi Vitor Pereyranın istəyi ilə Caner Erkin və Sinan Gümüş komandadan uzaqlaşdırılıb. Bundan əvvəl Mame Tiam, Sadık Çiftpınar, Oğuz Kağan Güçtekin və Kemal Ademi komandadan uzaqlaşdırılmışdı.

“Neftçi” Avropa Liqasının 3-cü mərhələsində Finlandiyanın HİK komandasını mübarizədən kənarlaşdırsa, pley-offda “Fənərbaxça” ilə qarşılaşacaq.

“Neftçi” HİK-lə ilk matçda qollu bərabərə qalıb – 2:2. Komandalar arasındakı cavab matçı avqustun 12-də, Finlandiyada olacaq.

Digər Xəbərlər
Xəbər Lenti