"Bizə heç nə deyilməyib"

21 İyul 2021 13:40 Tokio-2020 1 015
"Bizə heç nə deyilməyib"

"Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvi Təşkilat Komitəsinin verə biləcəyi qərardır".

Sportinfo.az xəbər verir ki, bunu Tokio-2020-də Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov deyib.

O bildirib ki, koronavirusa yoluxma artacağı təqdirdə Təşkilat Komitəsinin belə qərar vermək hüququ var:

"Hələ ki, oyunların təxirə salınması ilə bağlı rəsmi olaraq bizə heç nə deyilməyib. Olimpiya kəndində həyat gündəlik normasında davam edir.

Azərbaycanın olimpiya komandasının üzvləri məşqlərini davam etdirir və yarışa hazırlaşırlar. Komandamızın əhvalı və sağlamlıq durumu qənaətbəxşdir".

Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.

Xəbər Lenti