Azərbaycandan bir kişi və bir qadın...

12 İyun 2021 22:30 Tokio-2020 769
Azərbaycandan bir kişi və bir qadın...

Azərbaycanın daha iki karateçisi Fransanın paytaxtı Parisdə keçirilən təsnifat turnirində qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, kişilərin mübarizəsində kata növündə Roman Heydərov, qadınlardan isə kumite üzrə Fəridə Abiyeva (61 kq) yarışıb.

6 nəfərlik qrupda 1-ci, 8 nəfərlik qruplarda isə 3 və 5-ci yerləri tutan Heydərov mübarizəni dayandırıb və lisenziya şansını itirib.

Abiyeva isə ilk görüşündə Jaklin Faktosa (Ekvador) 3:1 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada almaniyalı Anna Miqqounun müqavimətini qıra bilməyib. Nəticədə o da lisenziyasız qalıb.

Daha əvvəl Azərbaycanın 3 karateçisi - Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (60 kq) və İrina Zaretska (61 kq) Tokio-2020-də iştirak hüququ qazanıb.

Xəbər Lenti