"Sabah" onları iki bankın stadionunda yoxlayacaq

6 İyul 2022 20:20 Sabah 748
"Sabah" onları iki bankın stadionunda yoxlayacaq

Növbəti mövsüm üçün hazırlıqları davam etdirən “Sabah”ın Bakı toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər bəlli olub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi iyulun 9-da “Sumqayıt”la, iyulun 14-də isə “Səbail”lə üz-üzə gələcək.

“Sumqayıt”la matç “Kapital Bank Arena”da, “Səbail”lə oyun isə “Bank Respublika Arena”da olacaq.

"Sabah" iyulun 17-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti