
“Qarabağ”ın maraq dairəsində olan daha bir futbolçunun adına aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki,“Tondela”nın müdafiəçisi Manu Ernando Azərbaycan çempionunun transfer gündəmindədi.
Kevin Medina və Bədavi Hüseynovun tez-tez zədələndiyini nəzərə alan baş məşqçi Qurban Qurbanov müdafiənin mərkəzinə bir oyunçu alınmasını istəyir.
Çalışdırıcının siyahısında yer alan futbolçulardan biri də Ernandodur. 24 yaşlı ispaniyalının Portuqaliya klubu ilə müqavilə müddəti mövsümün sonuna qədərdi.
Yəni ağdamlılar Manunu keçidə razı salsa, müəyyən məbləğdə təzminat qarşılığında bu transferi həyata keçirə bilər.
Əks təqdirdə, arxa xətt oyunçusunun azad agent kimi heyətə cəlb olunması üçün mövsümün sonunu gözləmək lazım gələcək.
Tam adı Xose Manuel Ernando Riol olan müdafiəçi “Real”ın yetirməsidi. İspaniyanın U-19 və U-21 yığmasında da oynamış Manu 2021-ci ildən “Tondela”nın formasını geyinir.