Qurban Qurbanov gedir?

28 Yanvar 2025 00:40 Problem 13 083
Qurban Qurbanov gedir?

Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsi üzvlüyündən ayrılmaq üçün müraciət etdiyi barədə xəbərlər yayılıb.

Belə ki, "Qarabağ" baş məşqçisinin bir müddətdir AFFA İcraiyyə Komitəsindən ayrılmaq istədiyi, bununla bağlı rəhbərliyə müraciət etdiyi bildirilir.

Uzun illərdir Ağdam klubunu çalışdıran Qurbanov bundan sonra bütün diqqətini öz işinə yönəltmək istədiyi iddia edilir.

Sportinfo.az xəbər verir ki, modern.az iddialarla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Qurban Qurbanovun İcraiyyə Komitəsindən ayrılmaq üçün müraciəti olmayıb", - açıqlamada deyilir.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 20:00 Çək və bizə göndər!
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?
11 Yanvar 00:50 "Buna aldanmaq olmaz"