Yeni çalışdırıcı "Neftçi"nin idman direktorunun qohumu imiş…

19 Yanvar 2020 00:24 Neftçi 1 882
Yeni çalışdırıcı "Neftçi"nin idman direktorunun qohumu imiş…

Nəhayət ki, bu məsələ bitdi. Roberto Bordin «Neftçi»dən yola salındı, Füzuli Məmmədov sükan arxasına gətirildi.

Bunadək baş məşqçinin köməkçisi olan yerli mütəxəssis müvəqqəti olaraq həmin səlahiyyətləri daşıyacaq. Bəlkə də mövsümün sonunadək o qalacaq,

Həyatın işidir, heç nəyi öncədən dəqiqliyi ilə bilmək olmaz. Mümkündür ki, komanda Premyer Liqaya yaxşı hazırlaşsın və ilk həftələrdə müsbət nəticələr qazansın. Belə olan halda, Məmmədovun ən azı mövsümün sonunadək yeni işində saxlanması realdır.

Füzuli bəy ilyarımdan artıqdır ki, komandanın içindədir. Hər kəsi yaxşı tanıyır, görüb, bilir. Bu mənada Bordini əvəzləməsində qeyri-adi heç nə yoxdur.

Sadəcə, bir məqama diqqət çəkmək olar – bu da onun Ceyhun Sultanovla qohumluğudur. Klubun idman direktoru onun oğlunun kirvəsidir.

Bordinlə Məmmədovun münasibətləri yaxşı olmayıb. O. dəfələrlə cəhd göstərib ki, köməkçisini kollektivdən uzaqlaşdırsın. Və hər dəfə idman direktorunun müqaviməti ilə üzləşib. İtaliyalı iddia edirdi ki, Məmmədov ondan rəhbərliyə birtərəfli inormasiyalar ötürür və komanda daxilində ara vurur.

Elə Füzuli müəllim də ondan az narazı deyildi. Rəhbərliyə çəkinmədən söyləyirdi ki, Bordin adicə məşq verə bilmir, münasibət qurmağı bacarmır, futbolçularla dil tapmağa çalışmır.

Budur, o, istəyinə çatdı. Xeyirli, bərəkətli olsun! Bir şansdır, düşüb əlinə, gərək dəyərləndirsin. Görək, bacaracqmı?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!