“Neftçi”yə yol göstərdi: “Bunun kökünü tapmaq lazımdır”

27 Noyabr 2021 14:40 Neftçi 786
“Neftçi”yə yol göstərdi: “Bunun kökünü tapmaq lazımdır”

“Həlli tapılmayan problem yoxdur. Sadəcə, problemin kökünü tapmaq lazımdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev deyib.

O, məşqçilik karyerasında “Terek”, “Qarabağ”, “Kəpəz”, “Rəvan” kimi komandaları çalışdırıb. Həmçinin, Azərbaycan millisini çalışdırıb.

Diniyev təcrübəsinə əsaslanaraq, son vaxtlar “qara zolağ”a düşən və məğlubiyyət üstünə məğlubiyyət alan “Neftçi”yə çıxış yolunu göstərib:

“Bir qədər əmək sərf edib, həmin problemi üzə çıxarmaq və çözmək lazımdır. Bu işdə rəhbərlik, məşqçilər və futbolçular birgə çalışmalıdır.

Çünki problem ümumi komandadadır. Hər şey öz əllərindədir. Sizin yazmağınızla, bizim danışmağımızla işlər həll olunmur.

Yenə deyirəm, komanda hesabda önə çıxıb, yekunda məğlub olursa, bunun kökünü tapmaq lazımdır. Ümid edirəm ki, hamı əl-ələ verib, “Neftçi”ni uğursuz zolaqdan çıxaracaq”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”