"Neftçi"dən son dəqiqə transferi - Milli üzvü ilə müqavilə imzalandı

23 İyun 2021 21:20 Neftçi 3 160
"Neftçi"dən son dəqiqə transferi - Milli üzvü ilə müqavilə imzalandı

"Neftçi" növbəti transferini reallaşdırıb.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, son çempion "Sumqayıt"ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Xəyal Nəcəfovu heyətinə qatıb.

"Kimyaçılar"ın rəhbərliyi müəyyən məbləğ qarşılığında 23 yaşlı oyunçusu ilə vidalaşmağa razılaşıb.

Azərbaycan millisinin heyətində 2 oyun keçirən Xəyal Nəcəfovun klub karyerası yalnız "Sumqayıt"la bağlıdır. O, son mövsüm 31 oyunda meydana çıxıb və 2 qol vurmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM