"Neftçi"yə "Yox" dedilər

23 İyun 2021 20:40 Neftçi 1 472
"Neftçi"yə "Yox" dedilər

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi dəyişib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Macarıstanın “Fehervar” klubu zədəlilərinin çox olması ilə əlaqədar "Neftçi" ilə sınaq matçından imtina edib.

Buna görə də “ağ-qaralar” iyunun 24-də Sloveniyanın “Domjale” klubu ilə qarşılaşacaq. “Domjale” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan "Neftçi" toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 21-də “Kodeljevo Sport Ljubljana” stadionunda yerli “Olimpiya” (Lyublyana) klubuna qarşı keçirib (1:1). "Ağ-qaralar" iyunun 29-u Moskva “Spartak”ı ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq
13 Oktyabr 20:00 Budur, Ukrayna?