"Ayda 10 gün Azərbaycanda işləyəcəm" - De Byazinin köməkçisi:

4 Avqust 2020 18:24 Milli komanda 664
"Ayda 10 gün Azərbaycanda işləyəcəm" - De Byazinin köməkçisi:

"Yeni işim mənə çox maraqlı gəlir və sözsüz, digərlərindən fərqlənir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin köməkçilərindən Alessandro Skayya "Ternana Time" nəşrinə açıqlamasında deyib.

Fiziki hazırlıq üzrə mütəxəssis bildirib ki, avqustun 9-da Bakıya yola düşəcək: "Beləliklə yeni işimə başlayacağam. Sentyabrın 5-də UEFA Millətlər Liqasında ilk oyunumuzu keçirəcəyik.

Turnirə daha yaxşı hazırlaşmaq üçün avqust ayında Azərbaycanda olacağıq. Sonra isə hər ayın təqribən 10 gününü və ya hər hansı rəsmi öhdəlik götürənədək bu ölkədə işləyəcəyəm".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"