COP29

Yığmaya dəvət alacaq 20 oyunçudan 17-si...

30 Mart 08:30 Milli komanda 669
Yığmaya dəvət alacaq 20 oyunçudan 17-si...

Azərbaycan minifutbol yığması Monteneqroda təlim-məşq toplanışı keçəcək.

Sportinfo.az xəbər verir ki, komanda 24 aprel – 2 may aralığında adıçəkilən ölkədə hazırlıq keçəcək.

Təlim-məşq toplanışı iyunda Bosniya və Herseqovinada təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq.

Baş məşqçi aprelin 3-də keçiriləcək Azərbaycan çempionatının pley-off oyunlarından sonra 20 nəfərlik heyəti açıqlayacaq.

Bu həm də Avropa çempionatı üçün ilkin heyət olacaq. Belə ki, yığmaya dəvət alacaq 20 oyunçudan 17-si qitə birinciliyinə aparılacaq.

Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevoda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!