"Real" yarımmüdafiəçisi ilə müqaviləni uzatdı

27 May 2020 15:18 İspaniya 481
"Real" yarımmüdafiəçisi ilə müqaviləni uzatdı

"Real" Kazemiro ilə müqaviləni uzadıb.

Sportinfo.az xəbər verir ki, 30 iyun 2023-cü ilədək nəzərdə tutulmuş yeni sözləşmə bir neçə ay əvvəl imzalanıb.

Braziliyalı yarımmüdafiəçi "kral klubu"nda 2013-cü ildən forma geyinir. 28 yaşlı oyunçu Madrid komandasına keçənədək vətənində "San Paulu"nun şərəfini qoruyub. 2014/2015 mövsümündə isə o, icarə əsasında Portuqaliya "Portu"sunda çıxış edib. Ötən yay "sambaçı"nı Fransa PSJ-si almaq istəyib.

Kazemiro 2019/2020 mövsümündə bütün yarışlarda "Real Madrid"in heyətində 35 oyuna çıxıb. O, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda "Real Madrid" La Liqada 56 xalla 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı