“Kim bilir, sabah tənəzzül olacaqını? Yaxşı dövrlər keçir, pis dövrlər gəlir”

2 Dekabr 2023 22:00 İspaniya 470
“Kim bilir, sabah tənəzzül olacaqını? Yaxşı dövrlər keçir, pis dövrlər gəlir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti jurnalistin yeni ildən sonra komandanın nəticələrinin pisləşə biləcəyi ilə bağlı sualını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis futbolun sürətlə dəyişdiyini bildirib:

“Yanvar və fevral aylarında geriləmə olacaqmı? Kim bilir sabah tənəzzül olacağını? Futbol çox sürətlə dəyişir.

Yaxşı dövrlər keçir, pis dövrlər gəlir. Biz bunu planlaşdıra bilmərik.

Bilirik ki, çətin vaxtlar gələcək, lakin biz indiki müsbət dinamikanı davam etdirmək üçün mümkün olan hər şeyi etməliyik”.

Ançelotti 2021-ci ildən “kral klubu”nda çalışır. Onun rəhbərliyi altında Madrid komandası İspaniya çempionu, ölkə superkubokunun, Çempionlar Liqasının və Klublararası dünya çempionatının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da