Xorvatla yollar ayrıldı

1 İyul 2022 12:20 İspaniya 621
Xorvatla yollar ayrıldı

"Atletiko” müdafiəçisi Şime Vrsalko ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçunun müddəti bitən müqaviləsini yeniləməyə ehtiyac duyulmayıb. İspaniya klubu xorvatiyalı oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.

Vrsalko 2016-cı ildən “Atletiko”da çıxış edirdi. Xorvatiya yığmasının da üzvü olan müdafiəçinin karyerasını Yunanıstanın “Olimpiakos” klubunda davam etdirməsi gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti