“Mən ona “ata” deyirəm”

28 Yanvar 2022 10:00 İspaniya 774
“Mən ona “ata” deyirəm”

“Real”ın futbolçusu Rodriqo açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı hücumçu komanda yoldaşı Luka Modriçlə münasibətindən danışıb:

“Bir gün Modriç mənə yaxınlaşdı və “Sən mənə hörmət edirsən. Bəlkə də, atanla eyni yaşlardayam” dedi.

O vaxtdan sonra məni “oğul” deyə çağırır. Mən də ona “ata” deyirəm.

Modriçlə oynamaqdan zövq alıram. O, oynadığım ən yaxşı futbolçudur. Bu cür əlaqələrimizin olması çox gözəldir”.

Rodriqo bu mövsüm “Real”la 26 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da